Yuxarı

Azərbaycanlı Çaplin ABŞ-ı yenidən ayağa qaldırdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Çaplin ABŞ-ı yenidən ayağa qaldırdı - Video

ABŞ-da yayımlanan ən məşhur şoulardan biri olan "Amerika istedad axtarır" (" America's Got Talent") verilişində çıxışını davam etdirən azərbaycanlı Üzeyir Novruzov bu gün növbəti dəfə səhnəyə çıxıb. Azərbaycanlı Çarlin Çaplin kimi tanınan Üzeyir bu dəfə də izləyiciləri heyrətləndirərək onların böyük rəğbətini qazana bilib. Belə ki, o, şouda indiyədək heç zaman səhnədə nümayiş etdirmədiyi nömrə ilə çıxış edib.

"Amerikanın səsi" xəbər verir ki, heç bir təhlükəsizlik tədbiri görülmədən təhlükəli hündürlükdə olan nərdivanın ən yuxarı pilləsində ayaq üstə dayanaraq izləyicilərə həyəcan dolu anlar yaşadıb.

Bu nömrəni daha da həyəcanlı edən şounun canlı yayımlanması olub. Həm münsiflər heyəti, həm də auditoriya Üzeyir Novruzovu ayaq üstə alqışlayıb. Çıxışa münasibət bildirən münsiflər heyətindən Hovard Stern Üzeyirin çıxışını izlərkən özünü Olimpiya Oyununda hiss etdiyini bildirib. O daha sonra televiziya tamaşaçılarını Üzeyirə səs verməyə çağırıb.

Nəzərinizə çatdıraq ki, artıq şounun bu mərhələsində növbəti şouya vəsiqə qazanacaq iştirakçıları münsiflər heyəti deyil, amerikalıların verdiyi səslər müəyyən edir.

Tarix
2015.08.20 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla