Avropa bunsuz böhranın öhdəsindən gələ bilməyəcək - Orban
08:30
| Ana səhifə Toplum |
|
Müəllimlər arasında "Elektron təhsil" Respublika müsabiqəsi keçiriləcək.
Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, müsabiqə təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunacaq.
Məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir. Həmçinin, ən yaxşı elektron tədris vəsaitlərini tanıtmaq, məktəblərdə elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri bu işə həvəsləndirmək də müsabiqənin əsas məqsədlərindəndir.
Müsabiqədə pedaqoji heyət, metodist mütəxəssislər və şagirdlər iştirak edə bilər. İştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdır.
Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.
|
Tarix
2015.08.24 / 19:30
|
Müəllif
Nigar İxtiyarqızı
|