Yuxarı

Qənirə Paşayeva sərgidə iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xətai Sənət Mərkəzində keçirilən “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisində iştirak edib.

Axar.az xəbər verir ki, sərgi Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Nəfəs” İB və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə hazırlanıb.

Sərgi ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunub.

Sərgidə 60-a yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunub. Sonda əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim edilib.

Tarix
2022.03.04 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı sensasiya

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Hikmət Mirzəyev Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Vilayət Eyvazov rəisləri topladı

Azərbaycanla Pakistan arasında mühüm protokol imzalandı

PA rəsmisi Türkiyə səfirini qəbul etdi

Oleq Bakinski təkzib etdi: Başına butulka çırpmamışam!

Pakistan prezidenti azərbaycanlı nazirlə görüşdü

Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi: Əmri verən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla