Yuxarı

ADNSU bu tələbələri 50 manat cərimə edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADNSU bu tələbələri 50 manat cərimə edir

Azərbaycanda tələbələr tələbə biletini itirdiyinə görə cərimə ödəyirlər.

Axar.az xəbər verir ki, bu, bütün ali təhsil ocaqlarına aid deyil. Belə ki, adi tələbə biletinin tətbiq olunduğu universitetlərdə tələbə bileti “köhnə qayda” ilə bərpa olunur.

Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetindən saytımıza bildirildi ki, tələbə biletini itirən tələbə cərimə ödəmir, o, biletin itməsi barədə aidiyyəti dekanlığa məlumat verir. Sonra mətbuat orqanında elan yerləşdirilir və bunun əsasında bilet yenilənir.

Ancaq “smart tələbə bileti” tətbiq edilən universitetlərdə vəziyyət başqa cürdür. Bu kart vasitəsilə tələbələr təqaüdlərini alır, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi smart tələbə kartını, yəni tələbə biletini itirdikdə Kapital Banka 11 manat pul ödəyib, yenidən smart tələbə kartı alır.

Azərbaycan Dillər Universitetində isə smart tələbə kartını itirən tələbə universitetin hesabına 31 manat cərimə ödəyir. Bundan sonra onların smart tələbə kartı bərpa olunur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi isə universitetin hesabına 50 manat ödəməklə smart tələbə kartını yenidən əldə edə bilər.

Tarix
2022.06.07 / 16:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla