Yuxarı

Millət vəkili N saylı hərbi hissədə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonununda yerləşən N saylı hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüb.

Axar.az xəbər verir ki, hərbçilərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva Milli Ordumuzun tarixindən, şanlı səhifələrindən söz açıb, 44 günlük müharibədəki tarixi Zəfərimizi Dünya Azərbaycanlılarının, bütün türk dünyasının qürur qaynağı olaraq şərh edib.

Paşayeva və onunla birgə görüşdə iştirak edən xalq rəssamları Arif Hüseynov və Siruz Mirzəzadə, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin rəhbərı Rauf Rzayev, YAP Tovuz rayon şöbəsinin sədr müavini İlqar Kərimov, ictimai fəal qadınlar Vəsilə Abulova, Rəna Əmirəliyeva, Nilufər Lətif və tanınmış rejissor Elnurə Kazımova əsgər və hərbçilərimizə bayram hədiyyələri təqdim edib. Onlar çıxışlarında silahlı qüvvələrimizlə qürur duyduqlarını bildiriblər. Ürək sözlərini bölüşüblər.

Tədbirin sonunda rayonun musiqi kollektivləri əsgər və hərbiçilərimiz qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.

Tarix
2022.06.27 / 01:54
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı sensasiya

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Hikmət Mirzəyev Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Vilayət Eyvazov rəisləri topladı

Azərbaycanla Pakistan arasında mühüm protokol imzalandı

PA rəsmisi Türkiyə səfirini qəbul etdi

Oleq Bakinski təkzib etdi: Başına butulka çırpmamışam!

Pakistan prezidenti azərbaycanlı nazirlə görüşdü

Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi: Əmri verən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla