Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
02:06
| Ana səhifə Toplum |
|
Azərbaycanda yaxın 3 saat ərzində internet olacaq.
Bunu ANS-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov deyib. Onun sözlərinə görə, internet provayderi "Delta Telecom"un bir neçə internet paylayıcı xətti yanıb.
"Hazırda hadisə yerində bərpa işləri gedir və yaxın 2-3 saat ərzində ölkədə internet bərpa olunacaq", - deyə Müşfiq Əmirov bildirib.
Son 4 saat ərzində ölkədə internetin olmaması qlobal şəbəkə ilə işləyən bir çox sahələrdə durğunluq yaradıb. Əsasən problem mobil operatorlar və internet provayderlərin işini çətinləşdirib, bank əməliyyatlarının bir qismi dayandırılıb. Bir sıra bankomatlar və post-terminallar işləməyib.
|
Tarix
2015.11.16 / 21:00
|
Müəllif
Axar.az
|