Yuxarı

“Bakı Kart”ın balansını artırmaq daha da asanlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı Kart”ın balansını artırmaq daha da asanlaşır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev mobil tətbiqin iyulun 1-dən tam istifadəyə veriləcəyini bildirib.

"Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “Bakı Kart”ın balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir", - deyə o qeyd edib.

“Bakı Kart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdiyi mobil nömrə və şifrə daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “Bakı Kart” mobil tətbiqinin beta versiyasını həm “Əp Stor” (App Store), həm də “Quql pley stor”da (Google Play Store) yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və yaxud qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək olar", - deyə A.Rzayev əlavə edib.

Tarix
2023.06.20 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

Erməni nümayəndə heyəti Azərbaycana gəldi - Foto

İranın “1 dollar” arzusu: buna imkan verilməyəcək!

Milli Məclisin iclası başladı

İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq - Ekspert

ABŞ hədəfinə çatmadı, müharibə davam edəcək - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla