Bakıda qayınını güllələyən yeznə hadisənin
təfərrüatlarından danışıb.
Musavat.com xəbər verir ki, Mehman Əsədov
təxminən 15 gün əvvəl ailəsində münaqişə yarandığını və qayınıgilin
həyat yoldaşını, eləcə də, övladlarını apardığını bildirib: "Məni
polisə vermişdilər. Sonra ağsaqqalar yığışdı, bizi barışdırdılar.
Üç gün keçdi. İşdən qayıdanda gördüm ki, yenə ailəmi aparıblar.
Dünən zəng elədim, qayınatamla 40 dəqiqəyə yaxın danışdıq. Amma
barışmadılar".
Mehman Əsədov bildirib ki, hadisəni törətdiyi tüfəng 5 ildir
ondadır. Onun sözlərinə görə, hadisə günü böyük qayını ilə görüşüb,
amma razılığa gələ bilməyiblər. Daha sonra yeznə kiçik qayını Elnar
Canatova zəng edib: "Dedi ki, mən "Eurohome"də işləyirəm, heç kim
mənə heç nə eləyə bilməz. Getdim bazara. Qaranlıqda atəş açdım. Bir
patronum var idi. Bilmədim harasına dəydi. Üstümə gəlirdi,
atdım".
Xatırladaq ki, Mehman Əsədov yanvarın 9-da Abşeron rayon sakini
Elnar Canatova Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına
gələndə tüfəngdən açdığı atəşlə sifət nahiyəsindən xəsarət yetirib,
hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov tutulub, ondan
"İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.