Yuxarı

Yeraz Camala hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeraz Camala hökm oxundu

Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənova hökm oxunub.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Cövdət Mehrəliyev təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirməkdə təqsirli bilinib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.

Xatırladaq ki, "qanuni oğru" R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib. N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb.

Tarix
2024.01.31 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla