Yuxarı

Yeni tarixin qara səhifəsi: Xocalı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni tarixin qara səhifəsi: Xocalı - Foto

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə fevralın 25-də Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə fotoqraf Əlövsət Qasımovun "Xocalıya ədalət!" və geologiya-minerologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, görkəmli neft alimi, karikaturaçı rəssam Kərim Kərimovun "Dünyanı terrorizmdən xilas edək!" adlı sərgilərinə baxıblar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

Xocalının dillər əzbəri olması təəssüf ki, onun yalnız qədimliyi və ya maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, XX əsrin ən dəhşətli faciəsini yaşaması, əhalisinin 600 nəfərindən çoxunun isə bir gecədə ermənilər tərəfindən işgəncələrlə qətlə yetirilmələridir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib və dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan hərəkətlər edilib. Silahsız insanlar üzərinə hücumda ağır döyüş texnikası, iri çaplı pulemyot və ağır artileriyyadan istifadə olunub. İllər keçdikcə bu faciənin təfərrüratları beynəlxalq aləm tərəfindən dərk edilir.

Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, soyqırıma obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yöndə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

"Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası müasir dünyada ədalət və həqiqətin dayağı olmaq missiyasını həyata keçirənlər sırasında layiqli yer tutur. 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan "Xocalıya ədalət!" kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, soyqırımı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar. Aparılan məqsədyönlü tədbirlərin nəticəsində Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Bosniya və Herseqovina dövlətlərinin parlamentində, eləcə də ABŞ-ın bir sıra ştatları bu qətliamı soyqırımı aktı kimi tanıyıb və xüsusi qətnamə qəbul ediblər.

Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir. Görülən məqsədyönlü işlər nəticəsində "Xocalıya ədalət!"in miqyası hər il genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət nəticələrini verir.

"Xocalıya ədalət" kampaniyasının ardıcıl və məqsədyönlü tədbirlər silsiləsi göstərir ki, kampaniya dövlət siyasətinin böyük əhəmiyyət kəsb edən strateji mərhələlərindən biri kimi Xocalı soyqırımına, Qarabağ həqiqətlərinə dünya ictimaiyyəti tərəfindən hüquqi, siyasi və mənəvi qiymətin verilməsi, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurla davam etdirilən alternativ siyasətdir.

Rayon rəhbəri xüsusi vurğulayıb ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Tədbirdə Milli Məslisin deputatı Ağacan Abıyev də iştirak edib.

Tarix
2016.02.26 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla