Erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə
pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber,
Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun
Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd
rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi, Ağdam, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt,
Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli,
Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 118 dəfə
atəş zərbəsi endirib.