Yuxarı

Nazir təyin olunan Elxan Nəcəfov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir təyin olunan Elxan Nəcəfov kimdir?

Xəbər verdiyimiz kimi, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Axar.az xəbər verir ki, Elxan Tarqulu oğlu Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub.

E.Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktoranturaya qəbul olub.

Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb.

Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

E.Nəcəfov dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir.

Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa Birliyi, UNİSEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib.

O, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

Tarix
2024.05.31 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla