Yuxarı

Şura xəbərdarlıq etdi: TV-lər bu reklamı yaysa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda teleradiolara elektron siqaretlərin reklamına görə sanksiya tətbiq edilə bilər.

Bu barədə Axar.az-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, son zamanlar bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur:

"Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapmışdır və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir. Həmçinin sözügedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur".

Qeyd olunub ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması “elektron siqaret”lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır:

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Qanuna əsasən, tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Eyni zamanda qanunla tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir".

Vurğulanıb ki, “Reklam haqqında” qanuna əsasən, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır:

"Audiovizual Şura bir daha diqqətə çatdırır ki, bu cür məlumatların televiziya və ya radio kanallarında yayımlanması ölkə qanunvericiliyinin pozulması hesab oluncaq, audiovizual media subyektinə qarşı inzibatı sanksiya tətbiq ediləcək".

Tarix
2024.06.06 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla