Yuxarı

Prezident Emil Qarayevə vəzifə verdi - Sərəncam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Axar.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti iyunun 14-də Sərəncam imzalayıb.

E.Qarayev baş vergi xidməti müşaviridir. Beləliklə, Dövlət Vergi Xidmətinin rəisinin 3 müavini oldu.

O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini və baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

2020-2021-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifəsində işləyib.

Tarix
2024.06.21 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Əminə Ərdoğandan Qarabağ atları ilə bağlı paylaşım - Video

Biz Ermənistanın taleyini Türkiyə ilə müzakirə edə bilərik!

Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov

Bayramov pakistanlı həmkarı ilə telefonda danışdı

Bakı ilə Mexiko arasında mühüm müzakirə

Azərbaycan yeganə müsəlman ölkəsidir ki... – İsrail səfiri

Fidanın Rusiyaya səfəri ilə bağlı detallar açıqlandı

Ərəbistanda 73 illik qadağa götürülür: spirtli içki satılacaq

Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı

Kütləvi hücumlar Moskvanı iflic edir: Nə gözlənilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla