Yuxarı

Nazir: “Ləyaqəti alçaldan hallara yol verilə bilməz”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İşgəncənin, qeyri-insani, ləyaqəti alçadan rəftarın və ya cəzanın qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ilə görüş olub.

Axar.az xəbər verir ki, görüşdə nazir Səlim Müslümov insan hüquqlarının və əsas azadlıqların qorunması ilə bağlı ümumbəşəri dəyərlərin ölkəmizdə daim yüksək tutulduğunu qeyd edib. Nazir vurğulayıb ki, aparılan siyasət hər hansı fərdin işgəncələrdən, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzadan qorunması üçün əsaslı təminat verir:

"Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan az sonra, elə həmin il ölkəmizdə "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında"" Avropa Konvensiyasının, onun 1 və 2 saylı Protokollarının təsdiq edilməsi barədə qanun qəbul edilib. Ölkəmizin qoşulduğu bütün beynəlxalq Konvensiyalar kimi, bu Konvensiyadan irəli gələn öhdəliklərin icrası da daim diqqətdə saxlanılır".

S.Müslümov qeyd olunan sahədə Komitənin nümayəndələrinin müvafiq sosial xidmət müəssisələrinə baş çəkmələri üçün lazımi şərait yaradıldığını xatırladıb:

"Hazırda nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan 1053 nəfərdən 526 nəfəri ruhi-əsəb əlili, 316 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır. Son illərdə digər sosial xidmət müəssisələri kimi, həmin insanların yaşadıqları müəssisələrdə də müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradılması üçün müvafiq işlər aparılıb. Onların qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təminatı işi də daim gücləndirilir. Bu insanlara qarşı qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar hallarına qətiyyən yol verilə bilməz, əksinə, onlara daim diqqət və qayğı ilə yanaşılması, həssas, mehriban münasibət göstərilməsi bizim fəaliyyətimizdə əsas prinsiplərdən biridir".

Komitənin nümayəndə heyətinin üzvləri işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması sahəsində respublikamızda mövcud olan vəziyyətin öyrənilməsi, həmçinin bu məqsədlə sosial xidmət müəsissələrinə baş çəkmələri üçün onlara lazımi imkan yaradılmasından məmnunluqlarını bildiriblər.

Tarix
2016.04.08 / 14:00
Müəllif
0
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla