Yuxarı

Nəzrinin ölümünə görə saxlanılan cərrah barədə qərar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəzrinin ölümünə görə saxlanılan cərrah barədə qərar verildi

17:25

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun həkimi Sənan Mehdiyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiq məhkəməyə vəsatət verib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, müstəntiqin vəsatəti və prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı Nəsimi Rayon Məhkəməsinə daxil olub.

Təqdimata hakim Elməddin Hüseynov baxacaq. Yaxın saatlarda təqdimatla bağlı qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

***

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun həkimi Sənan Mehdiyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Nəsimi Rayon Məhkəməsinə hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Qərara görə, Sənan Mehdiyevin barəsində 82 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.01.22 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla