Yuxarı

Bakıda memarlıq abidəsinə müdaxilə: işlər dayandırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkar edilib.

Regional İdarədən Axar.az-a verilən məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib.

Bildirilib ki, əraziyə dəvət olunmuş aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb. Aparılan qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub.

Buna baxmayaraq, 19 yanvar tarixində qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib. Aşkar olunmuş fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb.

Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir.

Tarix
2025.01.23 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də... - Paşinyan

Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi

İmişli olayı: güdükdə duranlar kimdir? - Deputat açıqladı

Paşinyan müharibədə qalib gəlsəydi, nələr edərdi...

İlham Əliyev Ərdoğana zəng etdi

Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir...

Ermənistan kəşfiyyatı: Azərbaycanın hücum ehtimalı...

Zəfər Konstitusiyasının qəbul olunması mümkündür

Ekstrasensdən qorxunc proqnoz: Sabah dəhşətli olacaq!

Sərhəddə delimitasiya prosesi başladı: Bu işlər görülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla