Ana səhifə Toplum |
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi əlavə dəyər vergisindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”na əlavə edilib və beləliklə siyahıda olan qurumların sayı 49-a qalxıb.
Fərman 1 sentyabr 2024-cü ildən tətbiq ediləcək.
Qeyd edək ki, nizamnamə fondu 500 min manat olan “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” - Kəlbəcər rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Xidmət 10 iyul 2024-cü ildə Prezidentin fərmanı ilə yaradılıb.
Tarix
2025.01.23 / 20:30
|
Müəllif
Axar.az
|