Rusiya qoşunları Novovasilyevkanı da işğal etdi
00:43
Ana səhifə Planet |
Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 47,5%-dən 45%-ə endirib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə bankın saytında məlumat verilib.
2024-cü ilin dekabr ayının sonunda Türkiyə Mərkəzi Bankı əsas dərəcəsini demək olar ki, iki ildən sonra ilk dəfə - 50%-dən 47,5%-ə endirmişdi.
Türkiyə Mərkəzi Bankı 2024-cü ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50% səviyyəsində saxlamışdı.
Türkiyədə illik inflyasiya dekabrın sonunda bir ay əvvəlki 47,09%-dən 44,38%-ə enib.
Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkənin yüksək inflyasiyanın davamlı və əhəmiyyətli dərəcədə azalma dövrünə qədəm qoyduğunu bəyan etmişdi.
Tarix
2025.01.23 / 21:14
|
Müəllif
Axar.az
|