Yuxarı

Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir.

Axar.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 24-də Qəbələdə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati binasında Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Qəbələ rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonunun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələ rayonu Qəmərvan kəndində görülən işlərlə yerində tanış olub. Kənd sakinləri ilə görüş zamanı onların fikirləri dinlənilib. Vətəndaşlar elektrik təsərrüfatında görülən yenidənqurma işlərinə görə Cənab Prezident İlham Əliyevə təşəkkür ediblər.

“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2025.01.24 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

MÜSİAD "Rabitəbank"la memorandum imzaladı

Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı sensasiya

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Hikmət Mirzəyev Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

Vilayət Eyvazov rəisləri topladı

Azərbaycanla Pakistan arasında mühüm protokol imzalandı

PA rəsmisi Türkiyə səfirini qəbul etdi

Oleq Bakinski təkzib etdi: Başına butulka çırpmamışam!

Pakistan prezidenti azərbaycanlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla