Yuxarı

Başçı olmaq istəyən şəxsi aldadıb, 20 minini aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan aldadıldığını başa düşüb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, dələduzluqda təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.

Onun bu dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.

Akif Quliyev sonuncu cinayət əməlində - dələduzluqda Arzuman adlı tanışını Daşkəsən Rayon İcra Hakimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə 400 min manat lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş görmədiyi üçün Akif Quliyevdən şikayət edib.

Məhkəmə istintaqı zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut kimi qəbul edilib.

Maraqlıdır ki, 62 yaşlı Akif Quliyev daha əvvəl də cinayət əməlləri törətsə də, azadlıqda qalmağı bacarıb. Hər dəfəsində zərəri ödəmək və barışıq əldə etməklə həbslə bağlı olmayan cəza almağa nail olub. 2020-ci ildə isə bir nəfərdən 50 min manat alaraq onu Dövlət Gömrük Komitəsində işə "düzəldəcəkmiş". Lakin onu da aldadıb və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Akif Quliyev bu dəfə də zərərçəkmiş şəxs Arzumanın pulunun 10 min manatını qaytarıb və onunla barışıq əldə edib. Ona yenə də azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Lakin digər cinayət - oğurluq əməli törətdiyinə görə cəzaları qismən birləşdirilməklə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Tarix
2025.03.25 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”?

İshaq Darın Azərbaycanla bağlı tapşırığının səbəbi

Ermənistan MN-dən qəribə bəyanat: Havaya açılan atəş?..

Paşinyan Rubio ilə danışdı: Bakı ilə saziş…

Arakçı İrəvanda dəhlizin adını çəkmədi – Niyə?

Mirzoyanın iddiaları əsassızdır - XİN

Arakçı İrəvanda Paşinyanla görüşdü: Sülh müzakirəsi...

Pakistandan Azərbaycanla bağlı tapşırıq

Tehrandan Bakı və İrəvana sülh çağırışı

İmamoğlu İrəvandan Ankaraya “qapı” açacaq? – 34 illik sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla