Yuxarı

Ramazandan sonra qidalanma necə olmalıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayı boyunca uzun saatlar ac və susuz qaldığımız üçün orqanizm fərqli qidalanma rejiminə uyğunlaşır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib.

Qeyd olunub ki, Ramazan bayramı və sonrakı günlərdə normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Bayram günlərində birdən-birə çox yemək və ağır qidalar qəbul etmək həzm problemlərinə gətirib çıxara bilər.

"Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Kiçik porsiyalarla, lakin tez-tez yemək həzm sistemini yükləmədən bədənin tədricən normallaşmasına kömək edir.

Qida rasionunda zülal (ət, balıq, yumurta), sağlam yağlar (zeytun yağı, qoz-fındıq) və kompleks karbohidratların (tam taxıllar, tərəvəzlər) olmasına diqqət etmək lazımdır. Qızardılmış, çox yağlı və şəkərli qidalar mədəyə pis təsir edə bilər. Onların əvəzinə sobada bişirilmiş yeməklərə üstünlük verin.

Bədənin su balansını qorumaq üçün gün ərzində kifayət qədər maye qəbul etmək lazımdır. Bağırsaq fəaliyyətini yaxşılaşdırmaq üçün meyvələr, tərəvəzlər və tam taxıllar kimi lifli qidalara üstünlük vermək vacibdir. Yeməkləri yavaş-yavaş çeynəmək və tələsmədən yemək həzm prosesini asanlaşdırır.

Həmçinin Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətə gətirmək üçün çox vacibdir. Bu, həzm prosesini yaxşılaşdırır, kökəlmə riskini azaldır, həm də yuxu rejimini qaydaya salır".

Tarix
2025.03.29 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Azərbaycana gəlir

Ştaynmayer İrəvanda: Bakı bütün şübhələri kənara atmalıdır

Alman prezidentin Bakıya gəlişi öncəsi qalmaqal

Paşinyan Gümrünü “götürdü”: niyə ona səs verirlər?

Azərbaycan İspaniyaya başsağlığı verdi

Bakı Təşəbbüs Qrupunun klipi Fransada ajiotaja səbəb oldu

Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı

Xaçatryandan sülh açıqlaması: Martda məlum oldu ki...

ABŞ-ın Ərdoğan sevgisinin səbəbi - Zülfüqarov

İlham Əliyev Pezeşkianla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla