Yuxarı

Gecə yarıdan sonra səs-küy yaradan obyektlər cərimələndi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində məişət səs-küyünün onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib.

Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Tarix
2025.04.14 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir

Ermənistanda bəziləri müharibə təbliğatı aparır - Nikol

Türk dövlətləri bu sahədə əməkdaşlığı möhkəmləndirməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla