Yuxarı

Azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilmir?

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı APA-ya açıqlamasında azad edilmiş ərazilərə köçən məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verildiyini bildirib:

“Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahəsində ev heyvanları saxlayırlar. Xocalının Ballıca kəndində, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərin öz həyətyanı sahələrində ev heyvanları saxlamasına etiraz edilmir. Sakinlərin edəcəyi müraciətdən asılı olaraq məsələ təhlil edilə və qanun çərçivəsində həllinə köməklik göstərilə bilər.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq imkanları ilə bağlı məsələ hazırda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır.

Qeyd edilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir. Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil”.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə sorğuya cavab verilməyib.

Qeyd edək ki, 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,0 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Tarix
2025.04.21 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla