Yuxarı

Bakıda oğurluq: Maşını hissələrə bölüb satdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləcəridə oğurladığı avtomobili ehtiyat hissələrə bölərək satan 36 yaşlı Səfadara ağır cəza verilib. Daha əvvəl də narkotik istifadəsi ittihamı ilə məsuliyyətə cəlb edilən Səfadar 11 il həbsdə qalmalı olacaq.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Səfadar Biləcəri qəsəbəsində "Opel" markalı avtomobili oğurlayıb. Belə ki, maşının sahibi avtomobilini həyətə çıxarıb darvazanı bağlamaq istəyib. Bu zaman maşının mühərrikinin işlək olduğunu görən Səfadar avtomobili qaçırıb. İttihama görə, həmin zaman Səfadar avtomobilin sahibinin ayağı üstündən keçərək ona xəsarət də yetirib.

Səfadar 12 min manat dəyəri olan avtomobili ehtiyat hissələrə ayıraraq satıb. Saxlanılan zaman üzərindən heroin də aşkar edilib. O, narkotik vasitə istifadəçisi oluğunu deyib.

Zərərçəkmiş şəxs maşının qaytarılacağı təqdirdə şikayətçi olmayacağını söyləyib.

Səfadar əməlini etiraf edərək peşman olduğunu bildirib. Lakin dəymiş zərər ödənməyib.

Məhkəmə Səfadarı narkotik istifadəsi və quldurluq ittihamları ilə təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib.

Tarix
2025.04.22 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xanımı ilə Çinə getdi

Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan

Qafarovadan deputata irad: Hökumətə nə olub ki!

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video

Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

Azərbaycan “orta güc”ə çevrilir - Ekspert

Gülməmmədov Milli Məclisdə hesabat verir

Milli Məclisin növbəti iclası başladı

Xanazax istiqamətində atəş açılması... - MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla