Yuxarı

Mirasın siyahıya alınması yeni qaydada həyata keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, həmçinin müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.

Layihəyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” qanun ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Qeyd edək ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Tarix
2025.05.19 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana göndərilən yük müsadirə edildi

Azərbaycan nümayəndə heyəti Rusiyada mühüm forumda - Foto

Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir - Hacıyev

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

Regionda de-fakto sülh var - Hacıyev

Regionda sülh üçün şərait yaranıb... - Hacıyev

İranla münasibətlər yeni mərhələyə qədəm qoyub - Hacıyev

Hikmət Hacıyev İranda səfərdədir

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla