Yuxarı

"Bir dənə çay verərsən" sualı ilə məşhurlaşan şəxsin şok əməli...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamran Nizami oğlu Salayev adlı vətəndaş uzun müddət dostluq etdiyi şəxsin - "Bir dənə çay verərsən?" sualı ilə tanınan Elnur Xəlilovun ona ümumilikdə 180 min manat maddi ziyan vurduğunu bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə Oxu.az-a şikayətində qeyd edib.

Vətəndaşın sözlərinə görə, E.Xəlilov özünü ona "təcrübəli investor" kimi təqdim edib:

"Təxminən dörd-beş ildir, onunla tanışıq. Mənə dedi ki, "Forex" bazarı ilə məşğuldur və yatırım edərək birgə gəlir əldə edə bilərik. Evimi satmışdım, ilk olaraq ona 70 min manat verdim. Daha sonra fərqli vaxtlarda əlavə pullar da verdim. Ümumilikdə, 180 min manat vəsaitimi mənimsədi".

Kamran Salayev qeyd edib ki, Elnur Xəlilov hər ay ona 3 500 - 4 000 manat gəlir vəd edib, lakin vədin əksinə olaraq, ayda 800 manat olmaqla, 10 ay ərzində cəmi 8 min manat ödəyib:

"Mən kapitalı artırmaq üçün gəliri götürməyib pulumu sistemdə saxlayırdım. 2025-ci ilin yanvar ayının 9-dan bu günə qədər Elnur Xəlilovla heç bir əlaqə qura bilmirəm. Nə zənglərə cavab verir, nə də ortada görünür".

Şikayətçi bu məsələdə tək olmadığını, Elnur Xəlilovun eyni metodla başqa vətəndaşlardan da pul topladığını bildirib:

"Mənimlə birlikdə bir neçə dostum da Elnura pul verib. Bizim verdiyimiz ümumi məbləğ 1 milyon 300 min manat civarındadır. Amma mənim məlumatıma görə, Elnur Xəlilov ümumilikdə 5-6 milyon manat civarında vəsait toplayıb".

Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini və şikayətinin Bakı Şəhər Baş Polis İdarəsi vasitəsilə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə yönləndirildiyini qeyd edib:

"İndiyə qədər heç bir nəticə yoxdur. Heç kim suallarıma cavab vermir".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov abildirib ki, vətəndaşların şikayətləri əsasında ərazi polis orqanında araşdırma aparılır.

Tarix
2025.05.26 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla