Yuxarı

Həbsdən çıxıb xalasıgilə getdi, pensiyasını oğurladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdən yeni çıxmış şəxs Ağsuda qəribə oğurluq edib.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, dəfələrlə oğurluq cinayətinə görə həbs edilən Hövsan qəsəbə sakini Səbuhi Əliyev (soyad şərtidir) bir müddət əvvəl azadlığa çıxıb.

Səbuhi qalmağa yeri olmadığı üçün Ağsu rayonuna - xalası Rayanın evinə gedərək onunla yaşamağa razılıq alıb.

Bir neçə gün xalasının evində qalan Səbuhi Rayanın telefonundakı mobil tətbiq vasitəsilə xalasının pensiya kartındakı 164 manat pulu tanışının kartına, oradan isə öz kartına köçürüb.

Hadisənin səhəri gün Səbuhi evdən çıxaraq Bakıya qayıdıb və paytaxtda yaşamağa başlayıb.

Kreditini ödəmək istəyən Raya kartında pul olmadığını görüb polisə müraciət edib.

Keçirilən əməliyyat nəticəsində pulun Səbuhi tərəfindən oğurlandığı müəyyən edilib və faktla bağlı cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə Səbuhi 2 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Tarix
2025.06.02 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla