Yuxarı

Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib.

Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Buna əsasən Tufanyana əlavə cəza - 5 il müddətinə icazə şərti ilə silah saxlama və ya gəzdirmə qadağası əlavə edilməklə, 12 ay şərti həbs cəzası (daha ağır cəza, çünki birinci instansiya məhkəməsinin qərarına görə o, 6 ay şərti cəzaya məhkum edilib) verilib.

Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı bir qrup şəxs və ya şəriklər tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka ziyan vurmaqda təqsirli bilib. Belə ki, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin ağırlığını tanıyıb.

Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iddiada, yəni onun barəsində maddi cəza təyin edilməsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Tarix
2025.07.08 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Rusiya hücumu: Kiyevdə Azərbaycan Evinə ziyan dəydi - Foto

Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla