Yuxarı

“Azərişıq” Tovuzda elektrik təsərrüfatını yeniləyir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” ASC regionların elektrik təsərrüfatını yeniləmək məqsədilə quruculuq işlərini davam etdirir.

Axar.az xəbər verir ki, Tovuzun Göyəbaxan və Aşağı Quşçu kəndlərinin köhnəlmiş elektrik şəbəkələri yenidən qurulur.

Göyəbaxan kəndində istismar müddətini başa vurmuş dayaqlar və elektrik xətləri, eləcə də sayğaclar yeniləri ilə əvəz olunub. Həmçinin kənddə müasir tipli 2 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.

Aşağı Quşçu kəndində yerləşən Qaradaş yaşayış massivinin elektrik təsərrüfatının yenilənməsi məqsədilə 0.4 kV-luq müasir tipli kompozit dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Əhalinin elektrik enerjisinə artan təlabatı nəzərə alınaraq yaşayış massivində 4 yeni güc mərkəzinin quraşdırılması nəzərdə tutulub. Rayonun Çobansığnaq, Nəmxoş və Sarıtala kəndinin də elektrik şəbəkəsi yenilənəcək.

“Azərişıq” ASC Tovuzla yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə xidmət etməkdir.

Tarix
2025.07.16 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

Adəm Məmmədov həbsdə qaldı

Qafarova Berdiməhəmmədovla görüşdü - Foto

Paşinyan Əliyevlə son görüşündən danışdı

Berdiməhəmmədovun səfərinin əsl səbəbi...

Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla