Yuxarı

Nəsimi yenə təhqir edildi: Bu dəfə Fərqanə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üstündən 600 il keçib, amma biz hələ 5-6 beytlik qəzəli əzbərləyə bilməmişik.

“Biz” deyərkən əməkdar artisti Təyyar Bayramovla xalq artisti Alim Qasımovun qızı xanəndə Fərqanə Qasımovanı, “qəzəl” deyərkən İmadəddin Nəsiminin “Sığmazam”ını nəzərdə tuturam.

Deməli, Sami Yusifin “Sığmazam” kompozisiyasında Təyyar Bayramov da oxudu və bu, dünyaya yayıldı, milyonlarla insan izlədi. Sonra məlum oldu ki, Təyyar bəy səhv oxuyubmuş.

Bayramov qəzəlin 2-ci beytinin ikinci misrası əvəzinə üçüncü beytin ikinci misrasını səsləndirmişdi.

Qəzəldə hər beyt bütöv məna kəsb edir. Yəni bir beyt ayrılmaz orqanizmdir və digər beytlərdən asılı olmur. Belə demək mümkünsə, qəzəlin beytləri ayrı-ayrılıqda “muxtardırlar”, bitmiş fikri ifadə edirlər.

Deməyim o ki, Təyyar Bayramovun rezonans doğuran bu səhvi bizim sənətçilərə dərs olmayıb və onlar növbəti dəfə Nəsimiyə pislik etmək qərarına gəliblər. Bizim gözəl səsli xanəndəmiz Fərqanə Qasımova da bu qəzəli səhv oxuyub.

Nəsimi yazır ki, “Kəs sözünü və ƏBSƏM ol, şərhü-bəyanə sığmazam!”

Fərqanə xanım deyir ki, “Kəs sözünü və ƏBKƏM ol, şərhə, bəyanə sığmazam!”

İfada başqa yanlışlar da var, amma bizim məqsədimiz bunları analiz etmək deyil.

Məsələ budur ki, Azərbaycan ədəbiyyatının ən məşhur, dillər əzbəri olan qəzəli artıq ikinci dəfədir yanlış səsləndirilir. Yəqin ki, bu mahnı ərsəyə gəlib ictimaiyyətə təqdim olunana qədər xeyli prosedur keçib, onlarla insan bunu izləyib.

Belə çıxır ki, həmin “onlarla insan”ın Nəsiminin bu qəzəlindən xəbəri yoxdur?!

Qəzəl, xüsusən Nəsimi şeiri elə bir sənət abidəsidir ki, bir hərfi dəyişəndə aləm qarışır. Təkcə illərlə davam edən “iki cahana sığmazam” müzakirəsini xatırlamaq kifayət edər.

Hansısa ortabab müəllifin bir misrasını, cümləsini dəyişəndə Üçüncü Dünya müharibəsi başlayır, bunu edən şəxsi məhkəmələrdə süründürür. Bəs Nəsimiyə qarşı bu nə hörmətsizlikdir?

Bir səsin, notun üzərində saatlarla işləyənlər bu həssaslığı mətnə niyə göstərmirlər? Tərəzinin bir gözünə Sami Yusifin, Fərqanə Qasımovanın, Təyyar Bayramovun yaradıcılığını, digər gözünə “Sığmazam” qəzəlini qoysaq, Nəsimi bir beyti hamısından çox-çox ağır gələr. Siz özünüzdən qat-qat ağır olan sözü necə dəyişə bilərsiniz? Bu sözü çəkə, qaldıra bilmirsinizsə, Nəsimi beytinin altına niyə girirsiniz? Ona görə ki, Nəsimi ilidir və siz fürsətdən istifadə edib, gözə girmək istəyirsiniz?

Görünür, bu şəxslər öz musiqilərinə, notlarına kökləniblər. Qəzəlin mənası, mahiyyəti bunları maraqlandırmır.

Məsələ təkcə yüksək səslə qışqırmaq deyil ki!

Tarix
2019.11.19 / 21:07
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla