Yuxarı

Əli bəy adına mükafatlar təqdim olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AYB-nin "Natəvan" klubunda "Ədəbiyyat qəzeti"nin illik əlavəsi olan "Ədəbiyyat" jurnalının ilk sayının təqdimatı olub.

Axar.az xəbər verir ki, təqdimatı giriş sözü ilə AYB sədrinin 1-ci müavini, xalq şairi Fikrət Qoca açıb. O, "Ədəbiyyat" qəzetinin son ildə əldə etdiyi ədəbi uğurdan bəhs edib və qəzetin illik əlavəsinin dərcini yüksək qiymətləndirib.

Sonra söz "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turana verilib. Azər Turan qəzetin həftəlik olaraq 32 səhifə çıxmasından, bu qəzetin keyfiyyətinə və dövriliyinə görə regionda və Türk dünyasında ən böyük ədəbiyyat qəzeti olmasından danışıb. O bildirib ki, qəzet "Əli bəy Hüseynzadə mükafatı" da təsis edib. Bu gün il ərzində qəzetdə dərc olunan müəlliflərdən bəzilərinə o mükafat təqdim olunacaq.

Rüstəm Kamal, İlqar Fəhmi, Günel Eyvazlı, Kənan Hacı, Əyyub Qiyas qəzetdə dərc olunan esselərinə və prozaik əsərlərə, tənqidçilər İradə Musayeva, Elnarə Akimova, Mətanət Vahid qəzetdəki ədəbi-tənqidi yazılarına görə və qəzetin əməkdaşı Sərvaz Hüseynoğlu qəzetin dizaynına və hazırlanmasındakı xidmətinə görə "Əli bəy Hüseynzadə mükafatı"na layiq görülüblər.

Daha sonra İsa Həbibbəyli, Ramiz Rövşən, Nizami Cəfərov qəzetin son dövrlər əsl ədəbiyyat qəzeti olaraq dərc edilməsindən söz açıblar.

Tarix
2016.05.11 / 16:32
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Türk liderlər Budapeştdə toplanır - Əliyev də iştirak edəcək

Özbəkistandan Azərbaycan vətəndaşlarına jest

Səfirliyimizə hücum edən şəxs edam olundu

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülhün imzalanması üçün 2 şərt var...

Lavrova İrəvanda şok: “Putin qatildir” şüarı ilə qarşılandı

Bakıda mühüm tədbir keçirildi

Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Numan Qurtulmuş Ədalət Vəliyevlə görüşdü

Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla