Yuxarı

Bülbülün Rəşidə bənzəyən məşhur tələbəsi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbülün Rəşidə bənzəyən məşhur tələbəsi - Video

Əsl sənət zaman və məkandan, şəraitdən, dövrün tələblərindən asılı olmadan mütləq üzə çıxıb özünü xatırladır. Gündəmi zəbt edən, bir anda məşhurlaşan müğənnilərin müəyyən müddətdən sonra yoxa çıxdığını, xatırlanmadığını görürük. Ancaq xalqın korifey adlandırdığı, səsi və içi ilə millətinə yaxın olan nadir sənətkarlar heç vaxt unudulmur, bir filmdə, əsərdə və ya hansısa küçədə mütləq qarşımıza çıxır.

Belə sənətkarlar çoxdur: Rəşid Behbudov, Müslüm Maqomayev, Sara Qədimova, Şövkət Ələkbərova, Oqtay Ağayev... və Mobil Əhmədov.

Kult.az xatırladır ki, xalq artisti, teatr aktyoru, vokalçı Mobil Əhmədov 1931-ci il sentyabrın 10-da Gəncə şəhərində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olan Mobil bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub.

1961-ci ildə təhsilini başa vuraraq, Dövlət Radiosunun xorunda işləməyə başlayıb.

Mobil Əhmədov qırx ilə yaxın əksər tamaşalarda əsas partiyaları ifa edib. Yetmişdən çox tamaşada oynamaqla zəngin yaradıcılıq irsi yaradan sənətkar bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib.

Sənətdə anlaşılmaz, sakit bir tənhalıq yaşayan Mobilin ifasında “Qarabağın qızları”, “Tez gəl”, “Göygöl”, “Küsmərəm” kimi mahnılar bu gün də sevilərək dinlənilir.

O, klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda Sərvər və Rüstəm bəy, Əsgər (“Məşədi İbad” və “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov), Heydər bəy (“Hacı Qara”), Məhəmmədhəsən əmi (“Danabaş kəndinin əhvalatları”) kimi rolları canlandırıb.

Mobil Əhmədov 1978-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

O, uzun sürən xəstəlikdən sonra 2006-cı il iyunun 3-də 75 yaşında Bakı şəhərində vəfat edib.

Tarix
2017.01.24 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla