Yuxarı

“Reina” terrorçusu yaxalandı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Reina” terrorçusu yaxalandı - Foto

"Reina" qətliamını törədən 39 nəfərin qatili, terrorçu Abdulkadir Maşaripov yaxalanıb.

Musavat.com Türkiyə televiziyalarına istinadən xəbər verir ki , 1 yanvar 2017-ci il tarixində İstanbulun "Reina" adlı gecə klubunda qətliam həyata keçirən terrorçu yaxalanıb. Türkiyəni qana bulayan və 39 can alan özbək əsilli terrorçunun tutuqlanması bütün Türkiyə televiziyalarının öz yayımını yarıda kəsməsinə, efiri tam olaraq bu mövzuya vermələrinə səbəb olub.

Türk mediası yazır ki, terrorist Abdulkadır Maşaripov İstanbulun ucqar rayonlarından olan Esenyurdda azyaşlı oğlu ilə birlikdə sağ olaraq ələ keçirilib.

Onun çoxmərtəbəli evlərdən birində qaldığı bildirilir. Hazırda terrorçunu prosedura uyğun olaraq, "Haseki" xəstəxanasında tibbi müayinədən keçirdib, daha sonra sorğulayacaqlar.

Əbu Muhammed Xorasani kod adlı bu terroristin sağ olaraq ələ keçirilməsi Türkiyə hüquq mühafizə orqanlarının böyük uğuru sayılır. Çünki bu qanlı terrorçu özü ilə böyük sirləri gizlədirdi. Ortada çoxsaylı suallar və bilinməsi gərəkən sirlər var.

Türkiyə mediasının xəbərinə görə, terrorçu Esenyurdda 4 yaşlı oğlu ilə bir qırğız dostunun evində qalırmış. Terrorçunun həmin evdə tutulduğu bildirilir. Qardaş ölkə mediası xəbər verir ki, əməliyyatı MİT və polis bərabər həyata keçiriblər.

Tarix
2017.01.17 / 02:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla