Yuxarı

Sona Vəliyevaya “Qızıl qələm” verildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sona Vəliyevaya “Qızıl qələm” verildi - Foto

Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) bir qrup üzvü Bakıda səfərdədir.

Kult.az xəbər verir ki, birliyin başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyəti üç əsrin qəzeti olan "Kaspi” qəzetinin kollektivi ilə görüş keçirib. "Gənc Qırğız şeiri antologiyası”nın təqdim olunduğu görüşdə ölkələrimiz arasında ədəbi əlaqələrin dünəni, bu günü və gələcək perspektivləri müzakirə olunub. Qeyd edilib ki, hər iki ölkənin şairlərinin bir-birini yaxından tanımasına və bir-birini tanıtmalarına ehtiyac var.

Tədbirdə QMYB-nin başqanı Nurlan Kalıbekov tanınmış şairə, filologiya üzrə elmlər doktoru, antalogiyanın məsləhətçisi Sona Vəliyevaya Birliyin təsis etdiyi "Qızıl qələm” mükafatını təqdim edib. S.Vəliyeva dəyərli mükafata görə təşəkkürünü bildirərək, "yaradıcılığımla bu mükafata layiq olmağa çalışacağam” söyləyib.

Qeyd edək ki, "Gənc qırğız şeiri antologiyası”nın layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Nəşrdə 35 gənc qırğız yazarının müxtəlif mövzuda şeirləri toplanıb. "Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq. Gələcəkdə Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət antalogiyanın da Qırğızıstanda çap olunması nəzərdə tutulub.

Tarix
2019.07.22 / 22:56
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla