Yuxarı

Bu, bütövlükdə Türkiyənin qazancıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dövlət çevrilişinə cəhd birbaşa ölkənin qüvvədə olan konstitusiyasına qarşı yönəlmişdi.

Bu sözlər politoloq Tofiq Abbasovun Axar.az-a açıqlamasında yer alır. Politoloq bildirib ki, indi artıq tamam başqa bir reallıq formalaşıb:

"Ölkədə vətəndaş və demokratik cəmiyyətin həmrəyliyi təqdirəlayiqdir. Bu, bütün Türkiyənin qazancıdır. Hətta Suriya qaçqınlarının belə prosesdə yaxından iştirakı ondan xəbər verir ki, daxili və ümummilli konsensus üçün çox yaxşı şərait var. Ona görə də Ərdoğan əvəzçıxma siyasətində balansı saxlamalıdır".

Politoloq hesab edir ki, Türkiyə hökuməti belə bir dönəmdə xarici ölkələrlə də mötədil siyasət aparmalıdır:

"Amerikadan tutmuş Qərbə qədər və bütün yaxın qonşuları ilə hesab çürütmək sonu görünməyən bir siyasət olardı. Hazırda müasir Türkiyənin güclü olmasını istəməyən qüvvələr az deyil. Ankara çox diqqətli olmalıdır. Faktdır ki, Azərbaycandan başqa bu ölkənin bütün sahələrdə qüdrətli olmasını istəyən müttəfiqi yoxdur".

T.Abbasovun sözlərinə görə, bundan sonrakı prosesləri Ərdoğan diktə edəcək:

"Bütün rəqiblərə və düşmənlərə müharibə edilsə, Türkiyə çətin durumda qala bilər. Konsensusu bərpa etmək üçün orta tipli bir siyasət seçilməli, böhranların aradan qaldırılması üçün əməli, tətbiqi planlar işlənilməlidir. Hesab edirəm ki, Ərdoğan sırf Türkiyənin gələcəyi üçün bağışlamağı da unutmayacaq. Çünki amnistiya olmasa, problemlər daha da dərinləşə bilər. Bu məqamlar hazırkı Türkiyə üçün çox vacibdir".

Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, onun qarşısı alınıb.

Tarix
2016.07.19 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla