Yuxarı

Xuntaçı general hər şeyi dandı: “Çevriliş əmri…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xuntaçı general hər şeyi dandı: “Çevriliş əmri…”

Türkiyədə hərbi çevrilişə cəhdin əsas rəhbəri hesab edilən Türkiyə Hərbi Hava Qüvvələrinin eks-komandanı general Akın Öztürkün istintaqa verdiyi ikinci ifadə mətbuatda yayılıb.

Axar.az xəbər verir ki, Öztürk ifadəsində ona qarşı irəli sürülən bütün iddiaları rədd edib. O, çevrilişə qatılmadığını, əksinə bunu önləməyə çalışdığını bildirib:

"Mən təcrübələrimə əsasən bu hərbi çevriliş təşəbbüsünün paralel quruluşun həyata keçirdiyini düşünürəm, ancaq bu işi Türkiyə Silahlı Qüvvələrinin tərkibində kimin təşkil etdiyini bilmirəm. Hərbi çevrilişə cəhd gücsüz bir Türkiyə istəyən xarici missiyaların işi ola bilər. Pensilvaniyadakı şəxsin əmr verib, bu işi həyata keçirə biləcək gücü yoxdur. Bu işdə paralel quruluş istifadə edilə bilər. General Xubilay Səlcuq və general Məhməd Dişlinin bu hərbi çevrilişi nədən həyata keçirmək istədiklərini geniş öyrənə bilmədim. Bunun hansı məqsədlə törədildiyini bilmirəm".

Qeyd edək ki, iyulun 15-də Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, onun qarşısı alınıb. Hadisədən sonra ölkədə 100-dən çox general həbs olunub.

Tarix
2016.07.19 / 14:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla