Yuxarı

“İmkanlar hər kəs üçün” layihəsinə start verildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İmkanlar hər kəs üçün” layihəsinə start verildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanıb.

Axar.az xəbər verir ki, layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.

“İmkanlar hər kəs üçün” layihəsinə başlanması ilə əlaqədar Mərkəzdə keçirilən tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələr, beynəlxalq təşkilatların nümayəndələri, proqrama cəlb edilmiş əlilliyi olan şəxslər, könüllü və təcrübəçi gənclər iştirak ediblər.

Tədbirin iştirakçıları əvvəlcə təlimçi və benefisiarların əl işlərindən ibarət ekspozisiya ilə tanış olub, Mərkəzin təlim studiyalarında yaradıcılıq prosesini izləyiblər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qruplardan olan şəxslərin bacarıqlarının təkmilləşdirilməsi və sosial adaptasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Mərkəzin direktor müavini Mətanət Məmmədova müəssisənin fəaliyyət istiqamətləri, burada təlimlərə cəlb olunmuş həssas qrupların yaradıcı potensialının inkişafı üçün aparılan işlər barədə məlumat verib.

BMT Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının şəhərlərin daha inklüziv və hər kəs üçün əlçatan inkişafı mövzusunu qlobal gündəliyin əsas istiqamətlərindən biri kimi önə çıxardığını diqqətə çatdırıb.

“İmkanlar hər kəs üçün’’ layihəsinin əlilliyi olan şəxslərin korporativ iş mühitində real təcrübə qazanması, onların əmək bazarına daha fəal inteqrasiyası, inklüziv iş mühitlərinin təşviqi baxımından önəmi vurğulanıb.

Mərkəzdə yaradılmış bərabər imkanlar və sosial dəstək mexanizmləri haqqında da məlumat verilib. Bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.

Qeyd olunub ki, martın 10-dan etibarən Mərkəzin əlilliyi olan 30 nəfərədək 15-29 yaş arası benefisiarının dövlət qurumları, beynəlxalq və özəl təşkilatlara 3 günlük qısa təcrübə proqramı təşkil ediləcək. Proqram vasitəsilə gənclərə real iş mühiti ilə tanışlıq və mövcud potensiallarını nümayiş etdirmək imkanı yaradılacaq.

Layihənin bağlanış mərasiminin WUF13-ün Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Tarix
2026.03.06 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla