Yuxarı

"Bu qanunun qəbul edilməsinə imkan verməyəcəm"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu qanunun qəbul edilməsinə imkan verməyəcəm"

Milli Məclisin bugünkü növbədənkənar iclasının gündəliyinə çıxarılan 6 məsələdən biri də Xaçmaz rayonunun Niyazoba kəndinin adının Niyazabad adlandırılması haqqında qanun layihəsidir.

Azərbaycan dilinin izahlı lüğətində "oba" ismi Azərbaycan sözü olaraq, iki cür izah olunur: 1. Bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi, kənd; 2. Köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları alaçıq və ya çadırdan ibarət köç yeri.

Birbaşa köçərilik və Azərbaycan türkü ilə bağlı olan "oba" sözü hazırda da dildə öz işləkliyini kifayət qədər geniş şəkildə qoruyub saxlayır.

"Abad" - sifətdir və fars mənşəli sözdür. Azərbaycan dilinin izahlı lüğətində bu söz iki cür izah olunur: 1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; 2. Şən, şad (məcazi).

Əgər eynimənalı ifadədirsə, niyə Niyazobanın adı Niyazabada dəyişdirilməlidir? Nəzərə alsaq ki, ad dəyişdirilərkən büdcədən kifayət qədər vəsait də ayrılır, sənədlər dəyişdirilir, xəritələr, məktəb adları və sairdə düzəlişlər etmək lazım gəlir, onda Azərbaycan dilində olan bir adı min bir zəhmət və Azərbaycan dövlətinin büdcəsindən pul xərcləməklə farslaşdırılmasını anlamaq olmur.

Millət vəkili, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı Axar.az-a bildirdi ki, ölkəmiz dini, irqi və etnik siyasət baxımından həmişə fərqlənib:

"Bu, bizim millətin ruh, xarakter etibarilə tolerantlığından irəli gələn məsələdir. Azərbaycanda Gürcüstandan, Ermənistandan və digər qonşularımızdan fərqli olaraq, etnik azlıqların dilinə, adət-ənənəsinə həmişə sayğı ilə yanaşılıb və qorunub. Ona görə də cənub bölgəsində talış, şimal bölgəmizdə isə Dağıstan xalqlarının dilində olan yer-yurd adları da, adətləri də himayə edilir. Bu ölkədə sayğı göstərilməyən bir etnos varsa, o da Azərbaycan dövlətini quran və burda 90 faiz təşkil edən türk etnosudur. Etnik azlıqların dilinə, adət-ənənəsinə hörmət edildiyi halda bu dövləti quran əsas etnosun – Azərbaycan türkünün dilinə sayğı göstərməmək gizli separatizmin, qarşıdurma yaratmaq cəhdinin təzahürüdür. Bu, böyük bir etnosa qarşı, Azərbaycan türkünə qarşı düşmənçilikdir".

Millət vəkili qeyd etdi ki, bu gün Milli Məclisin iclasında bu məsələyə kəskin etiraz edəcək və qanunun qəbul olunmamasına çalışacaq.

Tarix
2014.06.27 / 11:29
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla