Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Sentyabr 2019


Erməni havasına oynayanlar... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə ictimai-siyasi sabitliyin təmin olunması demokratik və hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın hazırda böyük nailiyyətlər əldə etməsinin əsas qarantıdır. Azərbaycan bu gün bütün sferalar üzrə inkişaf edərək qüdrətli dövlət kimi beynəlxalq arenada öz sözünü deyir. Məhz bu çoxsaylı uğurlar və nailiyyətlər həmişə olduğu kimi, daha bir beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində Azərbaycanı istəməyən qaragüruh şəbəkəni qıcıqlandırıb.

Axar.az xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib.

Deputat deyib ki, Azərbaycanın indiyədək bir çox qlobal önəm daşıyan çoxsaylı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi dünyada respublikamızın nüfuzunu artırmaqla yanaşı, mühüm əməkdaşlıqlara yol açır, yeni dostluqlara vəsilə olur:

“Ancaq əlbəttə ki, uğurlarımız dostlarımızı sevindirdiyi kimi, ikili standartlara söykənərək ölkəmizə düşmən mövqe sərgiləyənləri də çox narahat edir. Erməni havasına oynayan xarici antiazərbaycançı qüvvələr və onların qulbeçələri UEFA Avropa Liqasının Bakıda final matçının keçiriləcəyi günlər ərəfəsində yenə öz əsl üzlərini ortaya qoydular.

“Amnesty İnternational” kimi qərəzli mövqe nümayiş etdirən bir qurum idmanı öz ermənipərəst siyasətinə alət edərək, çirkin niyyətini bir daha göstərdi. Azərbaycana qarşı aparılan bu qara piar kampaniyasının arxasında təbii ki, erməni lobbisi dayanır. Məhz buna görə də onlar heç bir fakta əsaslanmadan, heç bir arqumentləri olmadan sadəcə Azərbaycan əleyhinə danışmaq xətrinə “danışırlar”. Ancaq onlar belə neqativ kampaniyalarla və bu cür təzyiq metodları ilə heç nə əldə etməyəcəklərini, ağ yalanlarını sadəcə özləri deyib-özləri eşidəcəklərini yaxşı bilirlər. Belə psevdodemokratiya görüntülü təşkilatların ümumiyyətlə, insan haqları barəsində danışmağa üzü olmamalıdır. Çünki ikili standartlarla hərəkət edən belə qurumlar yaxşı olar ki, səbəb və əsas olmadan Azərbaycan əleyhinə “qarayaxma oyunlarında” iştirak etməkdənsə, Ermənistanın işğalı və terroru nəticəsində zərər çəkən bir milyon məcburi köçkün azərbaycanlının hüququnu da heç olmasa, hərdənbir yada salsınlar. Belə qurumların qurduğu “qurğular”da Azərbaycan iştirak etmir və etməyəcək. Biz hansısa fitnəkar qurumların ikili maraqları üçün deyil, müstəqil siyasət yürüdən Azərbaycanın daha da güclənməsi üçün çalışırıq.

“Amnesty İnternational” kimi qərəzli təşkilatların çirkin kampaniyasının növbəti ifşası fonunda qüdrətli Azərbaycanımız UEFA Avropa Liqasının final matçını da indiyədək ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə həyata keçirərək dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək”.

Tarix
2019.05.25 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Abutalıbovun 31 ildir işlədiyi ikinci vəzifəsi üzə çıxdı

Ərdoğan və Putin bir-birinə xəbərdarlıq etdi – Şərh

Rusiyanın yeni həmləsi: Erməni kilsəsi parçalanır

Səudiyyə teraktı: Rusiya xəbərdar olub, amma... – Sensasiya

Xələfov Lanqla danışdı: Əlaqələr genişləndirilir

Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir

Təkaltıda Azərbaycan-Türkiyənin bayraqları dalğalandı

Prezident dünya çempionatının açılış mərasimində

Baş kəşfiyyatçı Nikola bu sözləri deyib, istefa verdi

Bu, Azərbaycan üçün çox böyük göstəricidir - Əli Həsənov

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla