Yuxarı

İkinci “Marşall” olmayacaq: AB özü bacarmalıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi koronavirusdan sonra ciddi bir iqtisadi böhranla üz-üzə qala bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Almaniyanın keçmiş xarici işlər nazirləri Yoşka Fişer və Ziqmar Qabrielin Avropa Birliyinin koronavirusdan sonra süquta uğrayacağı haqda fikirlərini şərh edərkən deyib. O qeyd edib ki, hazırda bununla bağlı ciddi və əsaslı mülahizələr yürüdülür:

“Çünki Avropa Birliyi koronavirusla mübarizədə üzv ölkələrə kifayət qədər yardım edə bilmir. Xüsusilə də İspaniya, İtaliya bu məsələdən ən çox narazı qalan ölkələrdir. Bütövlükdə bu hal Birlikdə daxili narazılıqlara gətirib çıxarır”.

Politoloq bildirib ki, mövcud vəziyyət ən çox Almaniyanı narahat edir:

“Almaniyanın sabiq nazirləri Yoşka Fişer və Ziqmar Qabriel bu fikirləri təsadüfən deməyib. Bu fikrin pərdəarxası məqamları var. Əvvəlcə onu deyim ki, koronavirus pandemiyasının AB-yə vurduğu maddi ziyandan ən çox Almaniya narahatdır. Çünki Berlin yaxşı başa düşür ki, koronavirusdan sonra Birliyin maliyyə yükünün böyük bir qismi onun üzərinə düşəcək. Bu gün heç kəsə sirr deyil ki, Almaniya Avropa Birliyinin lokomotividir. Digər tərəfdən isə Almaniyanın mövcud iqtisadi potensialı Birlik ölkələrinin hamısından çoxdur. Düzdür, bu məsələdə Fransa müəyyən mənada fəallıq göstərsə də, Almaniyaya çata bilmir. Bir sözlə, Almaniya AB-nin iqtisadi yükünü daşımaq məcburiyyətində qalacaq. Bu mənada Yoşka Fişer və Ziqmar Qabrielin “Avropa Birliyini koronavirusdan sonra süqut gözləyir” ifadəsi xəbərdarlıq mahiyyəti daşıyır. Yəni Birliyi təkcə narazı ölkələr deyil, iqtisadi yükünü daşımaq məcburiyyətində qalacaq Almaniya da tərk edə bilər”.

Q.Hüseynli Avropa Birliyinə koronavirusun vurduğu iqtisadi zərbədən xilas olmaq üçün ikinci bir “Marşall Planı” lazım olması barədə fikirlərlə şərik olduğunu bildirib:

“Bildiyiniz kimi, Marşall Planı İkinci Dünya müharibəsindən sonra Avropanı ayağa qaldırdı. ABŞ-ın ovaxtkı dövlət katibi Corc Marşall müharibədən zərər çəkən ölkələrə iqtisadi yardım planı təklif etmişdi. Bu gün də belə bir yardıma ehtiyac var, lakin hazırda vəziyyət tam fərqlidir. Çünki bu gün ABŞ özü də ciddi iqtisadi itkiyə məruz qalıb. Yəni Avropa mövcud vəziyyəti öz daxili imkanları hesabına aradan qaldırmalı olacaq”.

Tarix
2020.04.07 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla