Yuxarı

Ali Məhkəmə sədrinin və hakimlərin maaşları artırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Məhkəmə sədrinin və hakimlərin maaşları artırılır

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, bütün hakimlərin aylıq vəzifə maaşları artırılır.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı müvafiq olaraq "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər edilir.

Qanunun 106-cı maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşı 1 785 manatdan 2070 manata qaldırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, Ağır cinayətlər məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmənin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Ali Məhkəmə sədrinin maaşına edilən artım da avtomatik olaraq bu sadalananların da maaşlarının artımını əsaslandırır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. (APA)

Tarix
2013.12.19 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla