Yuxarı

Avropadan Türkiyəyə “yaşıl işıq”: Əsl niyyət nədir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropadan Türkiyəyə “yaşıl işıq”: Əsl niyyət nədir? - Video

09:13

Avropa ölkələri qiyamçı Haftarın Liviyada tamamilə məğlub olmasını istəmir. Bu məqsədlə tərəfləri uzlaşdıraraq, Türkiyənin Haftara olan təzyiqlərini azaltmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Avropa Parlamentinin üzvü Andrea Kozzolinonun Türkiyənin Liviya hökuməti ilə gördüyü işlərə müsbət yanaşdıqlarını bildirməsi haqda danışarkən deyib. O vurğulayıb ki, bu gün Liviyada siyasi vəziyyət qeyri-sabitdir:

“Bu həm yerli, həm də xarici qüvvələrin güc balansının tez-tez dəyişməsi ilə əlaqədardır. Lakin son zamanlar qiyamçı Xəlifə Haftarın Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın qarşısında üstünlüyünü itirməsi Avropa ölkələrini ciddi şəkildə narahat edir. Sərrac Türkiyənin dəstəyi ilə başlatdığı “Qəzəb vulkanı” əməliyyatıyla Haftara ağır zərbələr vurub”.

Politoloq bildirib ki, hazırda böyük güclər Liviyada üstünlüyü ələ keçirmək üçün müxtəlif siyasi manevrlər edirlər:

“Xəlifə Haftar Avropanın bir çox ölkəsi tərəfindən dəstəklənir. Bu dəstəyin əsas səbəbi Haftarın enerji resurslarından birgə istifadəyə dair razılaşmalar imzalamasıdır. Haftar hazırda Avropanın enerji təminatında önəmli bir fiqur olaraq görünür. Bu mənada düşünmürəm ki, Avropa Parlamentinin üzvü Andrea Kozzolinonun sözləri Avropa ölkələrinin Haftara qarşı prinsipial baxışının dəyişməsi mənasına gəlsin”.

Ekspert deyib ki, Avropa ölkələri Haftarı dəstəkləsələr də, Liviyada sülhün bərpası üçün çalışırlar:

“Yəni münaqişəni yumşaldaraq, vasitəçilik missiyasını öz üzərlərinə götürüb tərəflərin bir-birilə yenidən vahid fikrə gəlməsini arzulayırlar. Çünki son günlər Türkiyənin təzyiqlərini artırması Haftarın zəifləməsinə gətirib çıxarıb. Haftarın tamamilə məğlub olması isə onlar üçün qəbuledilməz haldır”.

Tarix
2020.04.21 / 16:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla