AŞPA məruzəçilərinin Ermənistana, Dağlıq Qarabağa
buraxılmamasının mənfi tərəfi olduğu kimi, müsbət tərəfi də
var.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri,
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin rəhbəri Səməd Seyidov APA-ya müsahibəsində bildirib.
- AŞPA-nın payız sessiyası bitdikdən sonra Ermənistanın
AŞPA-dakı nümayəndə heyəti yerli mətbuata Azərbaycanla bağlı mənfi
xarakterli açıqlamalar verməyə başladı. Xüsusilə Azərbaycanın
rüşvət verərək bəzi parlamentariləri ələ aldıqlarını iddia
edirlər...
- AŞPA-nın bu yaxınlarda sessiyası keçirildi. Siyasi komitənin
iclasında Ermənistan nümayəndə heyətinin rəhbərini
qeyri-konstruktiv mövqeyə görə iclasdan qovdular. Bu, hamının
gözünün qabağında oldu. Dağlıq Qarabağ üzrə məruzəçinin, həmçinin
Sərsəng su anbarı ilə bağlı məruzəçinin Dağlıq Qarabağa
buraxılmaması birbaşa olaraq AŞ-nın qanun-qaydalarını pozmaq
deməkdir. AŞPA məcburən çox ciddi şəkildə Ermənistan nümayəndə
heyətinə iradlarını bildirib. Amma ya Ermənistan mətbuatında, ya da
Avropa Şurasının xəbər bölməsində bunu gördünüzmü? Əksinə
Ermənistan mətbuatı yalan-böhtan yazır. Guya iclaslarda
azərbaycanlıları yerlərinə oturdublar. Bu sessiyada qərar qəbul
edildi ki, Dağlıq Qarabağ üzrə məruzəçi Dağlıq Qarabağa
buraxılmadığı halda məruzə hazırlansın və AŞ-ya təqdim olunsun.
Robert Volter və Militsa Markoviç Azərbaycanda olub, təmas xəttinə
baş çəkiblər. Xanım Markoviç iclasda konkret olaraq bəyan etdi ki,
Ermənistana buraxılmadığı halda belə məruzəni hazırlayacaq və AŞ-ya
təqdim edəcək.
- AŞPA məcburən çox ciddi şəkildə Ermənistan nümayəndə
heyətinə iradlarını bildirib. Amma ya Ermənistan mətbuatında, ya da
Avropa Şurasının xəbər bölməsində bunu gördünüzmü?
Azərbaycan nümayəndə heyəti ilə bağlı deyim ki, bu sessiyada
Rafael Hüseynovun məruzəsi dinlənildi, qəbul olundu. Bizim xanım
deputatlarımız məruzəçi təyin olundular. Səməd Seyidov Monitorinq
Komitəsinin sədr müavini seçildi. Bir fakt da Ermənistanla bağlı
olsun. Onların fəaliyyəti o dərəcədə bərbad idi ki, qışqır-bağırdan
başqa yol tapa bilmirdilər, daha kəskin şəkildə anti-Azərbaycan
qüvvələrini işə salmağa çalışırdılar.
Rüşvət məsələsi isə uzun illərdir, ermənilər tərəfindən ortaya
atılıb. Əslində, rüşvətlə iş görmək, kimlərisə Dağlıq Qarabağa
aparıb orada b qeyri-qanuni əməllərlə məşğul olmaq onların
fəaliyyət növüdür. Əllərində bircə fakt belə olsaydı,
anti-Azərbaycan qüvvələri dərhal ortaya qoyardılar. Ona görə ki,
bizim əleyhimizə olan məsələlərə bu qədər həssas yanaşırlar. Onlar
bir faktı belə ortaya çıxara bilmirlər və bilməyəcəklər. Belə olan
halda isə qışqır-bağır salırlar. Bu, tamamilə böhtan və yalandır.
Reallığa uyğun nəsə olsaydı, həmin qüvvələr konkret adlarla,
məsələlərlə ortaya qoyardılar. Halbuki özləri bu işlə məşğuldurlar
və ört-basdır edirlər. Bəzi deputatlar məhz onların fəaliyyəti
nəticəsində anti-Azərbaycan mövqeyinin daşıyıcısına
çevriliblər.
- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən
seçkilərə müşahidə missiyası göndərməkdən imtina etdi. Buna
münasibətiniz necədir?
- Bir müddət əvvəl Avropa Parlamenti Azərbaycana qarşı əsassız,
qərəzli, yalan və böhtanla dolu qətnamə qəbul etdi. Biz bu
qətnaməyə öz sözümüzü bildirdik. Konkret olaraq Azərbaycan birbaşa
bəyan etdi ki, biz öz mövqeyimizdən, yolumuzdan dönməyəcəyik. O
qətnamədə bir çağırış da var idi ki, Azərbaycana seçki müşahidə
missiyaları getməsin.
AŞPA-da Azərbaycana müşahidə missiyası göndərilməsi ilə bağlı
qərar artıq verilsə də, bu məsələni yenidən gündəmə gətirdilər.
Əslində isə belə etmək qadağandır. Məsələ təkrar gündəmə gətirildi,
lakin Azərbaycanı beynəlxalq təşkilatlardan təcrid etmək cəhdi
iflasa uğradı.
O qətnamədən dərhal sonra ATƏT DTİHB Azərbaycana gəlməyəcəyini
bəyan etdi. Daha sonra ATƏT PA bu bəyanata qoşuldu. Zəncirvari
proses getdi. Onlar düşündülər ki, bütün beynəlxalq təşkilatlar
imtina edəcək. AŞPA-da Azərbaycana müşahidə missiyası göndərilməsi
ilə bağlı qərar artıq verilsə də, bu məsələni yenidən gündəmə
gətirdilər. Əslində isə belə etmək qadağandır. Məsələ təkrar
gündəmə gətirildi, lakin Azərbaycanı beynəlxalq təşkilatlardan
təcrid etmək cəhdi iflasa uğradı. AŞPA nümayəndə heyətinin gəlişi
təsdiqləndi və bu təxribat alınmadı. Bu, parlament seçkilərindən
istifadə edərək Azərbaycana təzyiq göstərmək niyyəti, koordinasiya
olunmuş və sonra iflasa uğramış cəhdlər idi. Biz Azərbaycana hansı
qüvvələrin təsir göstərdiyini bilirik. Səbəb birdir. Azərbaycanın
müstəqil siyasət yeritməsi, beynəlxalq təşkilatlarda öz siyasətini
Azərbaycan xalqının maraqlarından çıxış edərək həyata keçirməsi
bəzi qüvvələrin xoşuna gəlmir. Azərbaycan beynəlxalq təşkilatlarda
fəaliyyətini həmin təşkilatın üzvü olmaq naminə həyata keçirmir.
Yenə də cənab Yaqlandın bəyanatına qayıdıram. Biz Yaqlandın
nümayəndəsinin işçi qrupunun tərkibində olması naminə işçi qrupu
yaratmamışıq. Biz işçi qrupunun yaradılmasını Azərbaycanda insan
haqları ilə bağlı məsələlərin daha da yüksək səviyyədə həll
olunması istiqamətində aparılması naminə yaratmışıq. Yaqlandın
addımı Avropa Şurasına təsir edəcək, onun nüfuzunu, təsir
imkanlarını aşağı salacaq. Azərbaycan Avropa Şurası ilə
münasibətlərini ikitərəfli formada davam etdirir. Bu qərar sadəcə
təxribat xarakterli hərəkətlərdən biridir. Onun səsi var, amma
nəticəsi yoxdur. Anti-Azərbaycan qüvvələr bundan istifadə edib
dünyaya hansısa mesajlar göndərmək və Azərbaycanın imicinə xələl
gətirmək məqsədi güdürlər.
- AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçiləri Ermənistana və
Dağlıq Qarabağa buraxılmır...
- Məruzəçilər Dağlıq Qarabağa buraxılmır. Bu AŞ-nin bütün
prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Ermənistan
buraxmır, amma məruzəçilər öz işlərini davam etdirməlidirlər. Axı
onların Ermənistana və Dağlıq Qarabağa buraxılmaması o demək deyil
ki, məruzələri hazırlaya bilməyəcəklər. Hər iki məruzəçi
Azərbaycanda olub, cəbhə xəttinə gedib.
Onlar bütün lazım olan məlumatları götürüblər və təəssüflər
olsun ki, nə Ermənistana, nə də Dağlıq Qarabağa gedə biliblər.
Lakin bunun mənfi tərəfi olduğu kimi, müsbət tərəfi də var. Deməli,
erməni tərəfinin gizlətməyə nəyisə var.
Onlar bütün lazım olan məlumatları götürüblər və təəssüflər
olsun ki, nə Ermənistana, nə də Dağlıq Qarabağa gedə biliblər.
Lakin bunun mənfi tərəfi olduğu kimi, müsbət tərəfi də var. Deməli,
erməni tərəfinin gizlətməyə nəyisə var. Biz nəyi gizlətmək
istədiklərini bilirik. Orda qeyri-qanuni proseslər gedir.
Ermənistan ordusu birbaşa Dağlıq Qarabağın - Azərbaycan
ərazilərinin içərisindədir. Dağlıq Qarabağdakı separatçı rejim heç
vaxt öz ordusuna malik olmayıb. Bunları görməyə imkan yaratmamaqla,
erməni tərəfi özü bu məsələlərin altından imza çəkdi ki, bu,
həqiqətən də belədir. Böyük ehtimalla noyabr-dekabr aylarında bu
məruzələrin layihələri müzakirə üçün AŞPA komitələrinə təqdim
olunacaq. Bunların qarşısını almaq, Azərbaycanda keçiriləcək
seçkilərlə bağlı başqa ab-hava yaratmaq üçün təxribatlara
başlayıblar. Seçkilərə müşahidə missiyasının göndərilməsi qərarı
verildikdən sonra qərara yenidən baxılması, Yaqlandın
anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə bəyanat verməsi bu
təxribatların bir hissəsidir. Bu təxribatlar alınmasa da, biz
onların başqa təxribatlarına hazır olmalıyıq.
- AŞPA seçki müşahidə missiyasının Azərbaycanda fəaliyyəti
hansı formada olacaq?
- Artıq 40 nəfərlik nümayəndə heyəti formalaşıb. Bunlar Avropa
Şurasının bütün siyasi partiyalarını təmsil edən şəxslərdir. Onlar
seçkiqabağı missiyanı artıq həyata keçiriblər. İndi isə seçki
missiyasını həyata keçirəcəklər. Təxminən seçkiyə 2 gün qalmış
hamısı Azərbaycana gələcək. Onların hara getməsi, hansı rayonlarda
olması müşahidə missiyasının işidir, biz onlara müdaxilə edə
bilmərik. Azərbaycan bütün müşahidə missiyalarına açıqdır.
- AŞPA müşahidə missiyasının tərkibində anti-Azərbaycan
qüvvələrin təmsil olunması nə dərəcədə mümkündür?
- Dediyim kimi, heç də düşünməyin ki, bir təxribat alınmayanda,
digərini işə salmayacaqlar. Onların məqsədi nə hansısa formada
seçkiləri müşahidə etmək, nə də insan haqları ilə bağlı məsələləri
inkişaf etdirməkdir. Onlar təxribat axtarırlar. Vəziyyəti
gərginləşdirmək istəyirlər, bundan da özlərinə hansısa müsbət
nəticələr çıxarmaq fikrindədirlər. Biz hər şeyə hazırıq.
Azərbaycanda seçkilərin yekun nöqtəsini qoyan Azərbaycan xalqıdır.
Seçki xalqın rəyi və mövqeyi ilə formalaşdırılır, keçirilir,
təsdiqlənir. Bu, hansısa beynəlxalq təşkilatın rəyi əsasında olmur.
Biz beynəlxalq təşkilatlara görə seçki keçirmirik, millətin rəyini
əsas götürürük.