Yuxarı

Seçki: millətçi kürdlər millətçi türkləri üstələdi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Türkiyədə xalqın təkbaşına iqtidar istəyib-istəməməsinin seçkisi idi. İnsanlar da noyabrın 1-də koalisiya hökumətinin qurulmasına "yox" dedilər.

Bu fikirləri Axar.az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Türkiyədə AKP-nin parlament seçkilərində təkbaşına iqtidar olmasını şərh edən siyasi analitikin fikrincə, qələbənin iki başlıca səbəbi var.

Onun sözlərinə görə, son 4-5 ay ərzində PKK-ya qarşı hərbi əməliyyatlar və koalisiya hökuməti qurulması istiqamətində nəticəsiz müzakirələr 1 noyabr seçkisinin nəticələrinə təsir edib.

Politoloq hesab edir ki, kürd silahlılarına qarşı hərbi əməliyyatlar cəmiyyətdən gələn sifariş idi: "Cəmiyyət PKK ilə dialoq tərəfdarı idi. Amma PKK özünü yaxşı aparmadı və danışıq tərəfdarı olmadığını nümayiş etdirdi. İkincisi, insanlar gördülər ki, koalisiya hökuməti qurmaq olmur. Başqa partiyalara isə səs versələr, yeni iqtidarın formalaşması dövrü ağrılı keçəcək. Bu səbəblər AKP-nin qələbəsi ilə nəticələndi".

Siyasi şərhçi güman edir ki, 1 noyabr seçkilərində MHP-nin də ciddi səhvləri olub:

"MHP AKP ilə 7 iyundan sonra koalisiya hökuməti qura bilərdi. Hər ikisində milliyyətçi və mühafizəkar qanadlar var. Ancaq liderlər razılığa gələ bilmədilər. Və 7 iyunda 81 millət vəkili olan MHP-nin son seçkidə 41 namizədi seçildi. Bu baxımdan AKP müxalifətin səhvlərindən də istifadə etdi".

E.Şahinoğlu HDP-nin PKK siyasətində yanlış siyasət yürütdüyünü düşünür:

"İlk dəfə parlamentdə radikal kürdlər təmsil olunurdu. HDP həm də liberal kəsimin də səsiydi. Amma son 4 ayda HDP Türkiyənin partiyası olmadı. PKK, terrorla öz arasında fərq qoymadı. Bununla belə, son seçkidəki nəticələr uğurdur, HDP 10 faiz səddi aşıb. Nəzərə alaq ki, 7 iyundan sonra HDP 4-cü partiya idisə, bu seçkidən sonra 3-cüdür. Kobud dillə desək, parlamentdə millətçi kürdlərin sayı millətçi türklərdən çoxdur".

Ekspert CHP liderinin əlindən gələni etdiyi qənaətindədir:

"Bu partiya səslərin qoruya bildi. Kılıçdaroğlu iki güclü lider - Davudoğlu və Ərdoğana qarşı mübarizə aparır. Bu, heç də asan deyil. İndi CHP-nin iki yolu qalır: ya lideri dəyişəcək, ya da AKP-nin kölgəsində yola davam".

Politoloq bütün bunların fonunda Türkiyədə konstitusiya dəyişiklikləri olacağını gözləyir:

"Bunun üçün AKP-nin 367 səsi yoxdur. Amma məsələni parlamentin müzakirəsinə çıxarmaq üçün 331 səs lazımdır. Buna da digər partiyalardakı millət vəkillərindən bəziləri ilə danışıqlara getməklə nail ola bilər. Ərdoğan öz səlahiyyətlərini artırmaq və ölkəni prezident üsul-idarəçiliyinə keçirməyə hazırlaşır".

Suriyada müharibə bitməyənədək Türkiyədəki problemlərin həll olunmayacağını deyən analitikin sözlərinə görə, AKP iqtidarı qonşu dövlətlərlə münasibətləri də yoluna qoymalıdır.

Tarix
2015.11.04 / 08:45
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla