Yuxarı

İlham Əliyev məscidi ziyarət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev məscidi ziyarət etdi

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib.

Axar.az xəbər verir ki, dövlət başçısına məscidin Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed ibn Sultan əl Nəhyanın təşəbbüsü ilə inşa edildiyi barədə məlumat verilib. Onun məzarı da buradadır.

Prezident İlham Əliyev Şeyx Zayed ibn Sultan əl Nəhyanın məzarını ziyarət edib.

Şeyx Zayed məscidi ölkənin ən böyük məscidi hesab edilir. Cümə və bayram namazlarında buraya gələnlərin sayının 40 min nəfərə çatdığı bildirilir. Məscidin nadir elementlərindən biri də əsas ibadət otağının xalçasıdır. Bu xalça dünyanın ən böyük xalçası sayılır. Ümumi sahəsi 5627 kvadratmetr olan xalçanın çəkisi 35 tondur. Məscid kompleksinin kitabxanasında İslam dininə aid bir sıra klassik nəşrlər, 200 ildən çox yaşı olan qəpiklər, xəttatlıq nümunələri var.

Məscidlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev məscidin xatirə kitabına ürək sözlərini yazıb.

Tarix
2016.02.01 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla