Yuxarı

Bu, ölkəmizə hörmətin təzahürüdür - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, ölkəmizə hörmətin təzahürüdür - Prezident

Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını deyib.

Dövlətimizin başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.

Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verib, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Tarix
2024.02.02 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla