Yuxarı

BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır

BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır.

Axar.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

BMT rəsmisi Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını bildirib, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərini yüksək qiymətləndirib.

Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.

O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib:

"Artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq, BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələri bölüşməyə hazırıq".

Tarix
2024.02.02 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla