Yuxarı

İlham Əliyev: “Demişəm ki, nefti yaddan çıxarın…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman deyib.

O, neftdən asılılığı azaltmaq üçün islahatların davam edəcəyini bildirib:

"İndi söyləyəcəyim bəlkə də sizin üçün sirr deyil. Lakin hesab edirəm ki, sizin özünüz bunu birbaşa eşitsəniz, daha yaxşı olar. Bu gün dünyadakı iqtisadi vəziyyəti və regiondakı siyasi durumu nəzərə alsaq, aydın olar ki, heç bir ölkə uzun perspektivdə yalnız öz resurslarına əsaslana bilməz. Müxtəlif ölkələrdə fərqli resurslar var. Keçmiş sovet məkanındakı ölkələrə gəldikdə, onlar əsasən resurslara əsaslanır. Bəzi hallarda, söhbət neft və qazdan, digər hallarda başqa resurslardan gedir. Lakin ola bilər ki, başlanğıcda bu, təbii hal idi, çünki həmin vaxt biz iqtisadiyyatı dəyişməli, ilkin kapitalı yaratmalı və əsas iqtisadiyyatlara hansı şəkildə inteqrasiya haqqında düşünməli idik.

Hazırda həmin dövr artıq sona çatıb. Bu, əsasən neft qiymətlərinin sürətlə, üç-dörd dəfə aşağı düşməsi ilə bağlıdır. Bu, bir növ siqnal oldu ki, biz islahatlar sahəsində daha çox işlər görməliyik. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir. Lakin innovasiya, biznes mühiti, texnologiya - bunlar inkişafa səbəb oldu və bu gün dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunun qarşımızda yaxşı nümunələri var və biz olduqca dərin, ciddi islahatlara sadiqik.

Bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır. Baxmayaraq, neft və qaz iqtisadiyyatımız, region, enerji təhlükəsizliyi üçün mühüm rolunu davam etdirəcək. Bildiyiniz kimi, Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu, artıq prioritet deyil. Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq. Bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır. Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir. Biz bunun üzərində çalışırıq və son on ildən artıq dövrdə bir milyondan çox daimi iş yeri açmağa, regional infrastrukturun, xidmətlərin inkişafına müvəffəq olmuşuq".

Tarix
2016.04.13 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla