Yuxarı

Bakıda qatı duman hökm sürür - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qatı duman hökm sürür - Foto

Martın 10-u axşam saatlarından başlayaraq, Bakıda və bəzi bölgələrdə güclü duman müşahidə olunur. Eyni vəziyyət martın 10-na keçən gecə də hökm sürüb.

APA-nın məlumatına görə, hava qaraldıqdan sonra Bakının avtomobil yollarında görünüş məsafəsi xeyli azalıb, qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, axşam saatlarında Yasamal rayonu ərazisindəki küçə və prospektlərdə, eləcə də, Tiflis, Moskva prospektlərində, “20 Yanvar” dairəsi istiqamətində dumanla əlaqədar avtomobillərin hərəkətində çətinlik olub, nəqliyyat sıxlığı yaranıb. Bir qədər sonra sıxlıq aradan qalxıb və hazırda nəqliyyatın hərəkəti normaldır.

Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanından bildirilib ki, dumanlı hava şəraiti aeroportun işinə təsir etməyib, dumanla əlaqədar təxirə salınan reys yoxdur. Bakıya gəlməli olan bir neçə reysdə ləngimə var. Amma bu ləngimə dumanla bağlı deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hazırda Bakı ilə yanaşı bir sıra rayonlarda da dumanlı hava şəraiti hökm sürür. Duman martın 11-i səhər saatlarınadək davam edəcək və gündüz saatlarında duman gözlənilmir.

Tarix
2017.03.10 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla